Ermənistan məktəblərində bundan sonra erməni kilsəsinin tarixi tədris olunmayacaq.
KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətlə kilsə arasında aparılan danışıqlar faydasız olub.
Hətta bunun üçün Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginlə görüş də nəticə verməyib.
Fənn ayrıca fənn kimi kurrikuluma daxil edilməyəcək.//APA
