Erməni mayor döyüş mövqeyindən QAÇDI – İyirmi hərbçi ÖLDÜbackend

Erməni mayor döyüş mövqeyindən QAÇDI - İyirmi hərbçi ÖLDÜ

Bu gün Ermənistanda “Tsori hərbi hissəsi”nin işi üzrə növbəti məhkəmə iclası başlayıb.

KONKRET.az xəbər verir ki, Ermənistan ordusunun müdafiə artilleriya diviziyasının qərargah rəisinin müavini, mayor Gevorq Gevorqyan ictimai təhlükəli əməldə ittiham olunur.

İttihama görə, 2020-ci ildə oktyabrın 12-də səhər saatlarında Füzuli rayonu ərazisində döyüş əməliyyatlarında iştirak edərkən “QAZ” markalı avtomaşın atəş mövqeyindən qaçıb. Avtomşında diviziyasının qərargah rəisinin müavini, mayor Gevorq Gevorqyan da olub.

Rəhbərliksiz qalan heyət panikaya düşərək, özlərini qorumaq üçün atəş açmağa başlayıb.

Gevorqyanın hərəkətləri nəticəsində orduya böyük ziyan dəyib, 20 erməni hərbçi ölüb.

Qeyd edək ki, 44 günlük müharibə zamanı Qarabağın “müdafiə ordusu”na “rəhbər”lik etmiş Cəlal Arutyunyana qarşı irəli sürülən ittihamlardan biri də Tsori hərbi hissəsinin hərbçilərinin ölümünə aiddir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*