Erməni müəllimə Laçının bu kəndini “mübarizənin simvolu” ADLANDIRDIbackend

Erməni müəllimə Laçının bu kəndini “mübarizənin simvolu” ADLANDIRDI

“Ermənistanı öyrət” təhsil fondu Azərbaycan Respublikası Laçın rayonunun “Aqavno” adlandırılmış Zabux kəndində qanunsuz sülənən ermənilərin övladları üçün “Danışan kitab” proqramını həyata keçirməyə başlayıb. Proqramın məqsədi erməni uşaqlarda ədəbiyyata maraq oyatmaqdır.

KONKRET.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Proqramının təşəbbüskarı Tatev Karapetyan ad-soyadlı erməni müəlliməsidir. O, İrəvanda doğulub və böyüyüb. 2018-ci ildən Qarabağda yaşayır və “Ermənistanı öyrət” təhsil fondunun Qarabağ regional ofisində liderliyin inkişafı üzrə menecer vəzifəsində çalışır.

“Mən Artsax kəndlərini, xüsusən də Kaşataq( işğal dövründə Laçın, Qubadlı, Zəngilan rayonlarının ərazisində qondarılmış “rayon”-S.L.) bölgəsini öz evim kimi tanıyırdım və işim sayəsində Artsaxın əsl dadını və qoxusunu hiss edərək icmalarımızı ziyarət etmək mənə qismət olub. Müharibədən sonra Artsaxa qayıtmaq və iki illik fəaliyyətim dövründəki Artsaxı tapmamaq, xüsusən də Kaşataq bölgəsini Azərbaycanın işğalı altında görmək çox çətin idi… Və bütün Kaşataqdan yalnız Aqavno kəndi ermənilərin olaraq qaldı və mənim üçün mübarizənin, gücün və dirçəlişin simvoluna çevrildi. Məncə, bir gün ermənilik Kaşataq rayonunda yenidən yayılacaq və yalnız orada deyil…”- erməni müəllimə jurnalistlərə açıqlamasında belə deyib.

Qeyd edilir ki, Laçın şəhərində qanunsuz sülənən hayların uşaqları da hazırda təhsil almaq üçün Zabux kəndindəki məktəbə gəlir…

Xatırladaq ki, Laçın rayonunun ermənilərin Qarabağdan Ermənistana gediş-gəlişi üçün “dəhliz”ə çevrilmiş təxminən 35 kv.km-lik ərazisi 2020-ci ilin 10 noyabrından bəri Rusiyanın rəsmən “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarəti altındadır… Laçın rayonunun ümumi sahəsi 1835 kv.km-dir…/moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*