Müxalifətin son mitinqindən sonra bu gün Ermənistanda çadırlar sökülüb, nəqliyyatın hərəkəti bərpa olunub.
KONKRET.az xəbər verir ki, erməni müxalifəti Paşinyan istefa verməyənə qədər çadırlarda qalacaqlarını bildirmişdi. Lakin dünən axşamkı mitinqdə çadırların sökülməsinə qərar verilib.
Müxalifət məğlubiyyətini boynuna almasa da, ermənilər bunu biabırçılıq adlandırırlar. Çünki 45 günlük “müqavimət”dən sonra nəticədə müxalifətin heç bir nəticə əldə etməyib. Nikol Paşinyan devrilməyib, onun hökuməti yalnız müxalifətin səyləri ilə öz mövqelərini möhkəmləndirib və indi bütün müharibədən sonrakı dövrdə həmişəkindən daha güclüdür.
Qısası, müxalifətin küçə mübarizəsi iflasa uğradı. Koçaryan və Sarkisyan dövlət siyasətində iştirak şanslarını geri qaytarılmayacaq şəkildə itirdilər.
Bu böyük uğursuzluğu “Daşnaksütyun” İşxan Saqatelyan və onun pərdəarxası təlimatçısı Qrant Marqaryanın simasında qazandı.
“Müxalifət gələcəkdə daha çox mitinqlər təşkil edəcəyini bəyan edib. Amma müxalifət düşərgəsinin əsas fiqurlarını hansı aqibət gözlədiyi hər kəsə aydındır.
Onlar yaxşı bilirdilər ki, avqustun 2-nə qədər Paşinyanı konstitusiyaya görə vəzifədən uzaqlaşdırmaq mümkün deyil, lakin sakitcə öz həmfikirlərini aldatdılar”, – deyə KİV yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
