Erməni polis patrulu oğurluq edərkən YAXALANDIbackend

Erməni polis patrulu oğurluq edərkən YAXALANDI

Erməni polis patrulu oğurluq edərkən yaxalanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gümrüdən olan hüquq müdafiəçisi Karapet Poqosyan Facebook səhifəsində yazıb.

“Polis patrulları oğurluqlarla da məşğul olurlar.

Gecə “Şirak Mərz” batalyonunun birinci tağımının zabiti R. Ayrapetyan Əştərək qəsəbəsində oğurluq etdiyi üçün tutulub. Ərazidə yaşayan sakinlər onu döyüb, sonra polisə xəbər veriblər.

Məndə olan məlumata görə, Ayrapetyana qarşı səkkiz ev oğurluğu xarakterli cinayət işi başlanıb.

Oğru-patrul hazırda Əştərək Tibb Mərkəzindədir, açıq kəllə yaraları, ayağında sınıq aşkar olunub.

O, tezliklə ayağından əməliyyat olunacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*