TikTok sosial şəbəkəsində erməni qadının Türkiyədə yaşayan ermənilərə müraciəti yayılıb.
KONKRET.az xəbər verir ki, qadın Türkiyədə yaşayan ermənilərə müraciət edərək, onları meşə yanğınlarının 44 gün sönməməsi üçün əllərindən gələni etməyə çağırıb.
Qeyd edək ki, Türkiyədə yanğınların məsuliyyətini PKK terror təşkilatına bağlı “Atəşin uşaqları” qrupu öz üzərinə götürüb. “Atəşin uşaqları” şəbəkəsini yaradan isə ASALA erməni terror təşkilatıdır. Bu qrupun hazırda fəaliyyətini maliyələşdirənlər arasında erməni diaspor təşkilatlarının da olduğu bildirilir.
