Erməni terrorçu: “Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak etmişəm” – YENİLƏNİBbackend

Erməni terrorçu: "Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak etmişəm" - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

KONKRET.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Dilanyan dindirilib.

O bildirib ki, 2020-ci ilin noyabr ayının 27-də hərbi komissarlığa cəlb edilib, daha sonra Laçın rayonuna gətirilib: “Bir müddət dağda postda qalandan sonra komandirimiz Arsen Kazaryanın əmri ilə aşağı endik. Həmin vaxt Azərbaycan hərbçiləri tərəfindən saxlanıldıq və onlara təslim olduq”.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qeyd edib ki, məqsədləri orada mövqelərini qorumaq, onlara yaxınlaşan Azərbaycan hərbi qulluqçularına silahlı müqavimət göstərmək olub.

Prokurorun suallarını cavablandıran A.Dilanyan deyib ki, İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonu istiqamətində olub: “Oktyabr ayının 3-dən 15-nə qədər Cəbrayıl ərazisində döyüşlərə cəlb olundum. Ayın 15-də oradan qaçdım”.

Təqsirləndirilən şəxs istintaqdakı ifadəsində söyləyib ki, Cəbrayıl rayonunda 200-ə yaxın erməni hərbçiləri ilə birlikdə Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edib.

Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.

***

09:45


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcəK.

KONKRET.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan olunması, təqsirləndirilən şəxslərin ifadə verməsi gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*