backend

Erməni valideynlər Paşinyanı yeni qiyamla hədələdilər

Azərbaycan tərəfindən terrorçu kimi həbs olunan hərbçilərin valideynləri Şirak bölgəsi rəhbərliyinin girişini bağladılar.

KONKRET.az xəbər verir ki, Şirak bölgəsində yaşayan hərbçilərin valideynləri tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyaların davamlı olacağını bildiriblər.

“Valideynlər işçilərdən heç birinin binaya daxil olmasına icazə verməyiblər. Onlar jurnalistlərin suallarını cavablandırmaqdan da imtina ediblər. Valideynlər Nikol Paşinyanla yeni bir görüş və oğullarının nə vaxt qayıdacağı ilə bağlı son və dəqiq bir cavab tələb etdiklərini qeyd ediblər”, – deyə erməni mediası məlumat yayıb.

Qeyd edək ki, erməni hərbçiləri ötən ilin dekabrın 16-da terroçuluğa cəhd edərkən Azərbaycan Ordusunun əsgərləri tərəfindən Xtsaberddə əsir götürülüblər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*