Erməni vəhşiliyi hər yerdə davam edir: ABŞ-da azərbaycanlıya hücum etdilərbackend

Erməni vəhşiliyi hər yerdə davam edir: ABŞ-da azərbaycanlıya hücum etdilər

ABŞ-da həmvətənimiz ermənilərin hücumuna məruz qalıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə Nyu-York şəhərində baş verib.

Bruklində Azərbaycan bayrağının olduğu şəxsi avtomobili ilə hərəkət edən azərbaycanlı gənc bir qrup erməninin hücumuna məruz qalıb. Belə ki, yeddi nəfər erməni həmvətənimizə və onun avtomobilinə zərbələr endirib.

Nəticədə, azərbaycanlı gənc başından yüngül xəsarət alıb. Həmyerlimizin polislə əlaqə saxladığını görən ermənilər qaçaraq ərazidən uzaqlaşıblar. Qeyd edək ki, hadisə şahidləri baş verənləri mobil telefonun kamerası ilə qeydə alıblar.

Videogörüntüdə həmvətənimizin təkbaşına yeddi erməni ilə əlbəyaxa dalaşdığı görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*