“Erməni xalqı tarixi düşmənimiz Nikol Paşinyan tərəfindən tamamilə əsir götürülüb”.
KONKRET.az xəbər verir ki, bunu erməni siyasətçi Edqar Qazaryan yazır:
“İki il ərzində Nikol Paşinyan Azərbaycandakı erməni “əsir”ləri Ermənistana qaytarmaq barədə planın həyata keçirilməsini belə təmin edə bilmədi. Əksinə, daha “120 min” ermənini Azərbaycanın əsirliyində buraxmağa nail oldu.
Faktiki olaraq vətən oğrusu və tarixi düşmənimiz Nikol Paşinyanın qanlı pəncələrində erməni xalqı tamamilə əsir düşüb.
Milli azadlıq mübarizəsi ilə əsirlikdən qurtula bilərsiniz”, – deyə Qazaryan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
