Ermənilər BMT-də Şahbaz Quliyev və Dilqəm Əsgərov haqqında həyasız sənəd yayıbbackend

Ermənilər BMT-də Şahbaz Quliyev və Dilqəm Əsgərov haqqında həyasız sənəd yayıb

Qarabağın separatçı rejiminin qondarma Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərov barəsində beynəlxalq məsuliyyətə dair Memorandum yayıb.

KONKRET.az yerli erməni mediasına istinadən xəbər verir ki, sənədə görə guya Şahbaz Quliyev və Dilqəm Əsgərovun qanunsuz hərəkətlərinə görə həbs olunub.

Memorandumda həmçinin deyilir: “Casusluq və təxribata görə cinayətkar qrupu silahlandıraraq Qarabağ ərazisinə göndərən Azərbaycan bütün qanunsuz əməllərinə görə beynəlxalq məsuliyyət daşıyır”.

Sənəd guya qanunsuz silahlı qruplaşmanın Azərbaycanın xüsusi xidmət orqanları ilə birbaşa əlaqəsini təsdiqləyən ətraflı məlumatları təqdim edir.

Memorandumda həmçinin qeyd olunur ki, Azərbaycan hakimiyyətinin müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında Əsgərov və Quliyevin sərbəst buraxılmasına kömək məqsədi ilə başlatdığı kampaniya həm də Azərbaycanın silahlı qruplaşmanın qanunsuz əməllərini tanıması və qəbul etməsinin sübutu kimi qəbul edilə bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*