Ermənistan ordusu Tərtəri ağır artilleriyadan atəşə tutmağa davam edir.
KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, axşam saatlarında düşmənin atdığı mərmilər daha 3 mülki vətəndaşımızın yaralanmasına səbəb olub.
Hər üç şəxs Tərtər sakinləridir. Yaralılar xəstəxanaya çatdırılıb.
