Bu qardaşın adı Robertdir. Robert Cavadov və ya “F1 Robert”. Ləzgi balasıdır, can qardaşımızdır.
Kəlbəcər istiqamətdə Göyçə mahalı ərazisində yerləşən ən öncül postumuzun komandiridir.
Elə bir postdur ki, iki tərəfində 30-40 metr yaxınlığında düşmən postları yerləşir…
Qardaş bir müddət əvvəl postun möhkəmləndirilməsi məqsədilə ətrafında səngərin qazılması üçün traktor çağırıbmış. Qazma işləri başlayanda texnikanın yanında durub göstəriş verirmiş.

Birdən erməni postundan 5 əli avtomatlı yaxınlaşaraq, silahı traktoristə tuşlayıb və geri çəkilməyini tələb edib…
Lələm sakit tərzdə yanlarına yaxınlaşıb, yavaşca F1-qumbarasını çıxardıb, halqasını çəkib, durub düz bunların qabaqlarında. Dığalar anqıra-anqıra nətər əkilbsə, birdə bir ay oralarda görünməyiblər.
Qardaşın da adı o vaxtdan qalıb F1-Robert.
Bu Vətən bizimdir!
Müzadil Həsənov
