Ermənilər Polşada azərbaycanlı gənclərə silahla hücum etdibackend

Ermənilər Polşada azərbaycanlı gənclərə silahla hücum etdi

Polşanın Krakov şəhərində bir qrup erməni azərbaycanlı gənclərə silahlı hücum edib.

“Report”un Avropa bürosuna daxil olan məlumata görə, oktyabrın 5-də axşam saatlarında şəhərdə əllərində Azərbaycan bayrağı ilə gəzən 4 azərbaycanlı gəncə 3 erməni yaxınlaşaraq nalayiq ifadələr işlədib.

Azərbaycanlıların reaksiyası mübahisəyə səbəb olub, əlbəyaxa dava düşüb.

Bu zaman ermənilərdən biri qaz tapançası çıxararaq atəş açıb və qaçıblar.

Xoşbəxtlikdən azərbaycanlılar arasında xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*