Ermənilər Qarabağa 3-cü yol çəkir – FOTObackend

Ermənilər Qarabağa 3-cü yol çəkir - FOTO

Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yeni yol çəkilişini davam etdirirlər.

KONKRET.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, Gorus-Xankəndi və Vardenis-Ağdərə yolundan sonra bu dəfə Ermənistanın Qeqarkunik vilayətinin Norabak kəndindən Zod aşırımından keçməklə Kəlbəcər rayonunun mərkəzinə yol çəkilir.

Yeni yolun ümumi uzunluğu 25,5 kilometr olacaq. Tikinti işlərinin 2020-ci ilin ortalarında başa çatması gözlənilir.

Xatırladaq ki, işğalçı ölkə rəhbərliyi Ermənistanın Qafan rayonundan Xocavəndə 4-cü yolun çəkiləcəyini də elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*