Ermənilər Xankəndi-Gorus yolunu bağladılar – Laçının “Arsax”ın tərkibində qalmasını tələb edirlər – VİDEObackend

Ermənilər Xankəndi-Gorus yolunu bağladılar - Laçının "Arsax"ın tərkibində qalmasını tələb edirlər - VİDEO

Laçın rayonunun Zabux kəndində məskunlaşan ermənilər avqustun 25-dək kəndi tərk etməlidirlər.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Zabux kəndinin başçısı Andranik Çavuşyan  “Armenia Today”in müxbirinə müsahibəsində bildirib.

Qarabağdakı qondarma reyimin “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan Zabuxda olub və sakinlərə kəndi tərk etmələri barədə xəbərdarlıq edib.

İndicə aldığımız məlumata görə, Laçın sakinləri Xankəndi-Gorus yolunu bağlayıblar. Onlar Laçın şəhərini qondarma “Arsax”ın tərkibində qalmasını tələb edirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*