Britaniyalı ermənipərəst parlamentari Xocalı qətliamı ilə bağlı absurd fikirlər səsləndirib.
KONKRET.az xəbər verir ki, Böyük Britaniya parlamentinin Lordlar Palatasında Lord Flaytın Xocalı hadisələri ilə bağlı hökumətə ünvanlanmış şifahi müraciəti ilə bağlı müzakirələr keçirilib.
Müzakirə zamanı Azərbaycana nifrəti, ermənilərə sevgisi ilə tanınan qalmaqallı 85 yaşlı qoca Baronessa Karolin Koks cəfəngiyyat danışıb. Onun sərsəmləmələrinə görə, guya erməni terrorçular Azərbaycanın Xocalı şəhərinə hücum etməmişdən qabaq dinc əhalinin təxliyəsini “xahiş ediblər”.
“Ermənilər Xocalıya hücum barədə azərbaycanlıları xəbərdar edib, əhalinin təxliyə edilməsini xahiş ediblər”, – deyə Koks çərənləyib.
Görəsən, Koksa sual verən olubmu ki, axı ermənilər Azərbaycan suveren ərazisinə niyə hücum etməli idi ki? Niyə yeni salınmış şəhəri məhv etdi, körpələr daxil, dinc əhalini soyqırıma məruz qoydu? Niyə ali məclisin üzvü bunu adi hadisə kimi qələmə verir?
Əlləri 613 günahsız insanın qanına bulaşmış erməniləri və Ermənistanı dəstəkləyən bu qoca ifritə hələ də Azərbaycana böhtan atmaqda davam edir.
Koks utanmadan ermənilərin Azərbaycanın ərazisinə hücumuna haqq qazandırıb.
“Ermənilər Xocalını ələ keçirməsəydilər, Xankəndi dağılardı”, – deyə o sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az
