Ermənilərə Moskvadan AĞIR ZƏRBƏ – Ruslar “Stepanakert”i Xankəndi ilə ƏVƏZLƏDİLƏR – VİDEObackend

Ermənilərə Moskvadan AĞIR ZƏRBƏ - Ruslar "Stepanakert"i Xankəndi ilə ƏVƏZLƏDİLƏR - VİDEO

Ermənilərə budəfəki “zərbə” Rusiyadan gəlib.

KONKRET.az xəbər verir ki, Moskvada erməni rəssamın sərgisində “Dağlıq Qarabağ” ifadəsi çıxarılıb, “Stepanakert” sözü isə Xankəndi ilə əvəzlənib.

İyunun 7-də Rusiyanın Şərq İncəsənəti Muzeyində erməni rəssam Edmond Petrosyanın sərgisi keçirilib.

Sərgi “Edmond Petrosyanın və Dağlıq Qarabağın sərgisi” adı altında keçiriləcəkdi.

Lakin sərgidən qabaq Şərq Muzeyində Azərbaycanın tanınmış ərazisi olduğundan “Dağlıq Qarabağ” çıxarılaraq dəyişdirilib.

Hər günü yeni bir “şok xəbər”lə qarşılayan ermənilərin “haray”ından bəhs etmək istəmirik. Erməni seqmentində nələrin baş verdiyini təsəvvür etmək mümkündür.

Daha ətraflı isə videodan izləyə bilərsiniz:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*