Qazaxıstanda baş verən iğtişaşların geniş vüsət alması hökuməti qorxuya saldı və Prezident Tokayev KTMT sülhməramlılarını etirazları yatırtmaq üçün ölkəyə dəvət etdi. Bu qərarın nə dərəcədə doğru və ya yanlış olması ilə bağlı siyasi ekspertlər müxtəlif fikirlər səsləndirirlər. Ancaq bir məsələ dəqiqdir ki, bütün dünya Qazaxıstanda baş verənləri kədərlə izləyir və Qazax xalqının halına acıyır. Təkcə mənfur ermənilərdən başqa…
KONKRET.az xəbər verir ki, dünyada ən qatı cinayətlərin təşkilatçıları və terror aktlarını törədən bir millət kimi ad çıxaran ermənilər Qazaxıstandakı iğtişaşlara və insan ölümlərinə də sevinirlər. Hətta Qazax xalqına nifrətlərini də nümayiş etdirməkdən çəkinmirlər.
Belə ki, sosial şəbəkələrdə Qazaxıstanda baş verən hadisələrə münasibət bildirən ermənilər “Tezliklə Qazax xalqına da “Xocalı faciəsini” yaşadacağıq” deyə tükürpədən fikirlər səsləndirirlər. Arsen Babayan adlı erməni sosial şəbəkə hesabında yazıb:
Mən şəxsən bizimkilərin (KTMT – red) ora göndərilməsinə sevinirəm.Qoy o vəhşiləri (qazaxlar –red) cəzalandırsınlar. Onlar da faktiki olaraq türklər və azərilər kimidirlər, sadəcə qıyıqgözdürlər. Ona görə də, “işləyin” qardaşlar” – deyir.
Arutyun Akopyan adlı digər erməni isə KTMT-nin tərkibində Qazaxıstana göndərilən erməni əsgərlərin orada qazax qızları ilə necə əylənəcəklərinin görüntülərini görmək istədiyini yazıb.
Bu cür fikirlər səsləndirməklə əslində ermənilər necə məkrli və barbar millət olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Ən acınacaqlı məqam ondan ibarətdir ki, ermənilər həm cinayətlərini etiraf edirlər, həm də yeni cinayətlərə imza atmağa həvəsləndirirlər.
Müşviq Tofiqoğlu,
Vəsilə İbrahim,
KONKRET.az

