Ermənilərin “Qarabağ” ideologiyasının bəzi təfərrüatları – ŞOK MƏQAMLARbackend

Ermənilərin "Qarabağ" ideologiyasının bəzi təfərrüatları - ŞOK MƏQAMLAR

“KONKRET” Beynəlxalq Araşdırmalar Qrupu ermənilərin “Qarabağ” ideologiyasının bəzi təfərrüatlarını heç bir şərh vermədən təqdim edir:

“Nikol Paşinyanın Xankəndin mərkəzində “Qarabağ – Ermənistandır, nöqtə!” qışqırması ölkədə çoxdan “birləşmə” həvəsində olanları ruhlandırıb. Eyni zamanda, “Sasna Çrer” və “birləşmə” həvəskarları birgə bəyanat yayaraq, mövcud şəraitdə birləşmənin hər iki tərəf üçün ən əlverişli olmasını açıqlayıblar.

“Sasna Çrer”in və onun tərəfdarlarının təşəbbüsü başa düşüləndir. Amma aydın deyil ki, niyə biz “Miaçum”un şüarını uzun müddətə unutmuşuq. Axı keçən əsrin 80-ci illərinin sonundan “Qarabağ” hərəkatının sonunadək “Miaçum”un şüarı bütün dünyada erməni xalqının dilindən düşmürdü. O zamanlar əsl erməni oğlunun ağlına “birləşmə”dən başqa bir fikir də gəlmirdi, “Qarabağ” hərəkatının liderlərinin, fəallarının və ümumiyyətlə, erməni siyasətçilərinin ağlına belə gəlməzdi ki, Ermənistandan kənarda müstəqil daha bir erməni dövlətinin varlığı zərurətdir.

Müstəqil və suveren “Qarabağ”ın mövcud olma ehtimalı Qarabağın öz müqəddəratını təyinetmə ideyasının daim xatırlanması nəticəsində müasir erməni siyasi düşüncəsinə daxil oldu. “Qarabağ”ın təkcə Azərbaycandan deyil, həm də Ermənistandan bir dövlət olaraq müstəqil və ayrıca mövcud olma ehtimalının daim xatırlanması yalnız siyasi düşüncəmizin tərəqqisi və inkişafı kimi başa düşülməsi səhv olardı. Burada siyasi dünyanın da “Qarabağ”ın Ermənistandan ayrı və müstəqil olmasının “Qarabağ”la Ermənistanın mümkün olmayan birləşməsindən daha yaxşı olduğuna inanması vacibdir. Və bu kontekstdə siyasi dünya istəmədən Azərbaycan və “Qarabağ”ı birbaşa müqayisə edir və bu müqayisədə “Qarabağ” mütləq qalib gəlir, özü də bütün siyasi komponentləri ilə – insan hüquqları, azad və ədalətli seçkilər və s. ilə birlikdə. Başqa sözlə, hər şeydən asılı olmayaraq, bütün dünyanın gözü qarşısında “Qarabağ” şübhəsiz ki, Azərbaycandan, Ermənistandan və bütün dünyadan müstəqil yaşamaq hüququna layiq görüldü. Bu seçimlə razılaşsaq və “Qarabağ”ın və Ermənistanın “birləşməsinə” süni şəkildə qarşı çıxmasaq, təbii və daha məntiqli olardı. Bir məqam da vacibdir ki, bu fikrin əleyhdarları əsasən “Sasna Çrer” və ayrı-ayrı qruplardır, yəni nə “Qarabağ” özü. nə də qarabağlılar. Amma mübarizənin ilk günlərində onlar “Qarabağ”ın müstəqilliyinə, suverenliyinə can atırdılar.

“Birləşmə və ya müstəqillik” məsələsi ilə bağlı süni və hətta gülünc mübahisələrə gəlincə, onlar əslində süni və həqiqətən də gülüncdür, çünki reallıqda və həyatda belə bir sual və istək yoxdur, və əgər oxşar sual ortaya çıxırsa, bunun reallıqla heç bir əlaqəsi yoxdur. Çünki “Qarabağ” məsələsində qarabağlılar və ermənilər üçün vacib olan əsas və yeganə məsələ odur ki, “Qarabağ” Azərbaycanın bir hissəsi ola bilməz. Hazırda, ermənilər üçün yeganə arzu olunan statusdur və indi biz məmnun olmalıyıq ki, “Qarabağ”ın belə bir statusu var. Və əgər biz “Qarabağ”ın,qarabağlıların və ümumiyyətlə, bütün ermənilərin özlərini yaxşı hiss etmələrini istəyiriksə, “Qarabağ”ın bugünkü vəziyyətini və statusunu qorumağa və saxlamağa çalışmalıyıq. Ümumiyyətlə, düzünü desək, “Qarabağ”ın heç bir statusu vacib deyil, əsas odur ki, Azərbaycanın tərkib hissəsi olmamalıdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*