Ermənistan dövlətlərarası münasibətlərin həllini ləngidir – Polad Bülbüloğlubackend

Ermənistan dövlətlərarası münasibətlərin həllini ləngidir - Polad Bülbüloğlu

“Bakı İrəvanı sülh müqaviləsini imzalamağa, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır, Qarabağdakı müharibə bitib”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu “RİA Novosti”yə açıqlamasında deyib.

Azərbaycanlı diplomat daha sonra söyləyib:

“Biz öz tərəfimizdən dəfələrlə müharibənin bitdiyini, qarşıdurmanın keçmişdə qaldığını, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğunu, sülh müqaviləsini imzalamasını və sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalı olduğunu bəyan etmişik”.

Polad Bülbüloğlu öz açıqlamasında vurğulayıb ki, İrəvan Bakı ilə münasibətlərin nizama salınmasını təxirə salır.

“Erməni tərəfi yenidən dövlətlərarası münasibətlərin tənzimlənməsi prosesini təxirə salmağa çalışır və bununla da bütün bölgənin hərtərəfli inkişafı üçün yeni şərtlərin yaradılmasına maneə olur”, – deyə P.Bülbüloğlu söyləyib.

Rusiya sülhməramlı kontingentinin fəaliyyəti müddətinin uzadılması ilə əlaqədar məsələyə toxunan diplomat söyləyib ki, bu gün bu barədə danışmaq hələ tezdir.

“Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti ona həvalə edilmiş hərbi və humanitar vəzifələri yerinə yetirməyə davam etdirir”, – P.Bülbüloğlu bildirib.

“Dövlətlərimizin başçıları tərəfindən təyin edilmiş vəzifələri yerinə yetirmək üçün maksimun səy göstərməliyik”, – Azərbaycanın Moskvadakı səfiri fikrini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*