Ermənistan əsir hərbçilərimizi HƏBS ETDİbackend

Ermənistan əsir hərbçilərimizi HƏBS ETDİ

Ermənistanda əsir götürülən hərbçilərimizə qondarma “cinayət işi” açılıb və “həbs-qətimkan tədbiri” seçilib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qondarma “cinayət işi”ndə Aqşin Bəbirova Ermənistan CM-nin 469-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi və 340-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə ittiham irəli sürülüb.

Hüseyn Axundov isə Ermənistan CM-nin 469-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi, 340-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndi və 335-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilir.

Onlar “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda ittiham olunurlar”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*