Ermənistan hərbi personalını Qazaxıstana göndərirbackend

Ermənistan hərbi personalını Qazaxıstana göndərir

Ermənistan öz hərbi personalını Qazaxıstana göndərir.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. KTMT Katibliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Sülhməramlı Qüvvələrinin Qazaxıstana göndərildiyi barədə məlumat yayıb.

Onların tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxildir.

KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin əsas vəzifələri mühüm dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyətin sabitləşdirilməsi və hüquqi müstəviyə qaytarılmasında Qazaxıstan Respublikasının hüquq-mühafizə qüvvələrinə köməklik göstərəcək.

Ermənistanın Qazaxıstana ordu göndərməsi sosial şəbəkələrdə lağa qoyulub, “məğlub və məhv edilmiş erməni ordusu Qazaxıstanı həmişəlik çökdürəcək” yazıblar.

Xuraman Etibarlı,

KONKRET.az

  • Vuqar
    Yanvar 6, 2022 - 11:54

    Türk qırmaq üçün necə həvəslənib biqeyrətlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*