Ermənistan ordusunun hərbçisi İNTİHAR ETDİbackend

Ermənistan ordusunun hərbçisi İNTİHAR ETDİ

Ermənistanın kəndlərindən birində müqaviləli hərbçi özünü asıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri Shamshyan.com məlumat yayıb. Oktyabrın 20-də Vayots Dzor bölgəsində tövlədə kişi meyitinin tapılması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları 44 yaşlı kənd sakininin meyitini adıçəkilən evin tövləsində asılmış vəziyyətdə aşkar ediblər.

Yaxınlarının sözlərinə görə, sonuncu intihar edib.

Saytın məlumatına görə, Zorair D. müqaviləli hərbi qulluqçu olub.

Faktla bağlı cinayət işi başlanıb. Məhkəmə-tibbi ekspertizası təyin edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*