Ermənistan ordusunun zabiti yol qəzasında öldübackend

Ermənistan ordusunun zabiti yol qəzasında öldü

Ermənistanda İrəvan-Yerasx avtomobil yolunun 51-ci kilometrliyində, Ararat inzibati rayonu ərazisində avtomobilin ağaca çarpılması nəticəsində 35 yaşlı hərbçi Arsen Mirzoyan ölüb.

KONKRET.az xəbər verir ki, məlumatı “Shamshyan” saytı yayıb.

Məlumata görə, qəza iyulun 24-də baş verib.

Bildirilib ki, sürücü Arsen Mirzoyan Ermənistan Müdafiə Nazirliyi N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edir.

Faktla bağlı araşdırma aparılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*