Türkiyənin yalnız Naxçıvana, sonra da Ermənistan ərazisindən Azərbaycana yol açacaq kommunikasiyaların blokdan çıxarılması yaxşı heç nə vəd etmir.
KONKRET.az xəbər verir ki, bunu bu gün, avqustun 13 -də Demokrat Partiyasının lideri Aram Sarkisyan keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, belə birtərəfli blokdan çıxmaqdan danışırıqsa, Ermənistan özünü yalnız yeni blokada və yeni türk “çantası”nda tapacaq.
Aram Sarkisyan hesab edir ki, blokdan çıxmaq yalnız İrana (Naxçıvan üzərindən), sonra Fars körfəzi limanlarına dəmir yolu alacağı təqdirdə Ermənistan üçün maraqlı olacaq.
“Bu, Ermənistanın Avropa ölkələri ilə Fars körfəzi arasında bir halqa halına gəlməsinin yeganə yoludur. İqtisadi fayda ilə yanaşı, tranzit funksiyaları Ermənistana əlavə təhlükəsizlik zəmanəti vəd edir.
Siyasətçi eyni zamanda Ermənistan hakimiyyətinin bu həqiqətdən xəbərdar olduğuna şübhə etdiyini bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
