Ermənistan parlamenti hökuməti istefaya göndərə bilərbackend

Ermənistan parlamenti hökuməti istefaya göndərə bilər

Ermənistan Milli Assambleyasının (parlamentin) Şurası bazar ertəsi hökumətin istefası ilə bağlı növbədənkənar iclas keçirmək təklifinə baxacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan məlumat verib.

“Əminəm ki, təklif təsdiqlənəcək. Təcrübəli deputatlar bunu real hesab edirlər. Bizim hərəkətlərimiz qanunidir və biz bütün imkanlarımızdan istifadə etməliyik”.

Danielyan deyib ki, hakimiyyət bu prosesə müdaxilə etməməlidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*