Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gələ bilər. Xüsusilə yeniyetmələrin yuxu rejimi, diqqətinin dərsə yönəlməsi və davamiyyət göstəriciləri baxımından dərslərin daha gec başlamasının müəyyən üstünlükləri olduğu bildirilir.
Bəs Azərbaycanda məktəblərdə dərslərin başlama saatının dəyişdirilməsi mümkündürmü? Daha gec dərs saatı şagirdlərin təhsil nəticələrinə və ümumi rifahına necə təsir edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, Azərbaycanda dərslərin daha gec saatda başlaması məsələsinin müzakirə olunması mümkündür.

Ekspertin sözlərinə görə, xüsusilə yeniyetmələr üçün dərslərin daha gec başlamasının müəyyən üstünlükləri var.
“Yeniyetmələrin yuxu rejimi, diqqəti və dərsə davamiyyəti baxımından daha gec başlama saatının müəyyən üstünlükləri mövcuddur. Bu baxımdan Azərbaycanda da dərslərin başlama vaxtının dəyişdirilməsi məsələsinin müzakirə olunması mümkündür.
Bununla belə, bütün məktəblərdə eyni vaxtda və vahid qaydada yeni sistemə keçid müəyyən çətinliklər yarada bilər. Qərar qəbul edilərkən ikinövbəli məktəblər, valideynlərin iş qrafiki, nəqliyyat sıxlığı və məktəblərin infrastruktur imkanları nəzərə alınmalıdır”, – deyə ekspert bildirib.
F.Hacıyev hesab edir ki, ən optimal variant ilkin mərhələdə pilot layihənin həyata keçirilməsidir.
“Məsələn, dərslərin 08:30 və ya 09:00-da başlamasının nəticələri bir tədris ili ərzində qiymətləndirilə bilər. Əgər şagirdlərin davamiyyəti, akademik nəticələri və ümumi rifahında müsbət dəyişiklik müşahidə olunarsa, daha geniş tətbiq məsələsini müzakirə etmək mümkündür”, – deyə ekspert qeyd edib.
Ekspert vurğulayıb ki, burada əsas məsələ yalnız dərslərin 08:00-da, yaxud 09:00-da başlaması ilə məhdudlaşmamalıdır. Əsas məqsəd tədris prosesinin şagirdlərin sağlamlığı, psixoloji vəziyyəti və öyrənmə məhsuldarlığı baxımından daha səmərəli təşkil edilməsidir.
Onun sözlərinə görə, belə bir dəyişiklik nəzərdən keçirilərkən həm şagirdlərin yaş xüsusiyyətləri, həm məktəblərin iş rejimi, həm də valideynlərin gündəlik fəaliyyəti nəzərə alınmalıdır. Bu səbəbdən məsələyə vahid yanaşmadan daha çox, mərhələli və nəticələrə əsaslanan yanaşma məqsədəuyğun ola bilər.
Beləliklə, Azərbaycanda məktəblərdə dərslərin başlama saatının gecikdirilməsi gələcəkdə müzakirə oluna biləcək məsələlərdən biridir. Lakin bunun üçün ilk növbədə pilot tətbiqlərin nəticələrinin, şagirdlərin təhsil göstəricilərinin və ümumi rifahının, eləcə də ölkənin mövcud təhsil infrastrukturu və nəqliyyat imkanlarının kompleks şəkildə qiymətləndirilməsi vacibdir.
Aynurə İsmayıl
KONKRET.az

Allah ede, çox gpzəl olar. İannlrsız biz kprpəlıri saat 7 den durğuzmallyıq ki 8 de kprpe 6,7 yaşlı uşaqlar ,ve körpeler mektebe getsinlər, amma böyük insanlar daha gec durmalldlr ki saat 9 da işede olsunlar axı bu kproülüre qarşı edaletsizlik olur. Özüde qışda körpeler qaranlqda dururlr, çünki bjz saatlarıda deyişmirik geriey çekmirik ondan da rezden qaranlıqda uşağı oyatmaq elə çetindir, adamın özünün gözleri açılnlr üaranlıqda oda olsun körpeler, qışda evde aölaşma olur. Saatı 9 zda etseler gpzel olar.
Cox yaxşi qərar olar saat 8de baslayir ders 6yasli usagi saat 7iyə qalmis durguzursanki dur boyuk adam dura bilmir oda qala korpə. Oda yol uzaq 8in yarisi evden cixirsanki derse gecikməyəsən çöl qaranliq masin yox piyada qisin soyugunda qaranliq kucede yaziq deyil bu korpələrmən valideyin olaraq cox əziyyət cekirem övladım ucun də özum ucunde
Düzdür
Bu addımı ona görə atmırlar ki müəllimlərin evdə əlavə hazırlıq vaxtları rahat olsun. Yəni ən azı 3 qrupu qəbul edə bilsinlər. Yoxsa çox məktəb 1 növbəlidir və saat 2-3- dən sonra məktəblərdə heç kim qalmır. Deyildilər ki, yeni təmaül tipli təhsil modeli üzrə fəaliyyət göstərəcək məktəblərdə dərslər 9-da başlayacaq. Çox təəssüf ki, bu qaydanı məktəblərin özlərinə həvalə ediblər. Yenə də 8-də olacağı bildirilib.
Beli hevolmasa saat 09:00 mektebde derler başlasa cox yaxşı olar. En esasıda qış atlarında seher saat 06:30 1 ci sinigler oyanır hava hele acılmır. Uşaglar mektebü gedende bele hava hele teze teze acılır. Oglumu yuxudan oyadan daki qaıx mektebe getmülisen uşag deyir ki ay ana axı hele gecedi qaranlıgıd men nece gedim mektebe. Bunun hele uzug yolu olanı var marşurut la metroyla gedib geleni var . Neqlyyatda cox sıxlıg olur seher tezden . Körpelerde narahat olur o saatlarda. Bu xalqa millete resmen işgence vermekdir. Cox xaiş edirem mende bir valideyin kimi bununla baglı ciddi qerar qebul edilsin. Sadece sözü deyib kecmesinler. Sentyabırda mektebler başlayanda yene uşagları saat 8 de teleserek mektebe aparmayag. Men hetda deyerdum ki 1 ci ve 4 cü yeni ibtodai siniflerde oxuyan körpelerin deesleri saat 09:30 da başlasın. Bu körpelere rehminiz gelsin. Onların oxu aga çektebe nifret hissi qazandırmayın. Bu uşaglae sizlerin bizlerin geleceyidir. Onlara mektebe oxumaga qarşı sevgi marag yaradın nifret yox ay Tehsiı nazirliyinde oturan bu işleri idare eden şexsler… Yoxsa bu gelecek nesil sabah sizin yada sizin evladlarınızın bagazına zencir olacaglar. Yaxşı beslin yetişmesi ücün o lara indiden qaygı göstermek lazımdı hem tehsilde hemde uşaglarən gelecek inkişafı baxımımından. Ümüdvaram ki bu a ciddi şekilde baxılacag. Birinci növbeler deyişilecek bizde valideyinlerde körpelerde rahat telesmeden stressiz halda seher tezdeb mektebe ders saatalarına yetişe bileceyik.
Duzdu gec baslamalidi.Saat 8 de qisda hec gun acilmir.qiz usaglarini tek alaqarsnligda adam qorxur tek mektebe gondermeye vallah.
9 yarsıda olsa 9 da da olsa əla olar çünki körpəfilər dura bilmirlər dururb gedirlər müəllimə şikəyət edirki yatır məktəbdə necə edək balacadılar 6 7 yaşında uşağ məktəb nə anlayır elə vəzyətdə uşağ nə bilik ala biləcəki
Salam hər vaxtınız xeyir olsun.Biz özümüz saat 7nin yarısı evden çıxıb saat 8də məktəbə çatdığımız günlər olub.Elecede övladlarımız.Öz fikrimi demək istərdim İndiki valideynlərin səbri yoxdu.Qoy uşaqlarınız məsuliyyət öyrənsin.Hər çətinlikdən bir nəticə çıxarmağı öyrənsin.Hər şeyin bu qədər asanına qaçmayın.Gəlıcəkdə bu cür çətinliklər uşaqları olğunlaşdırır.Yenede meslehet sizindir ugurlar.