Ermənistan parlamenti yeni vitse-spiker SEÇDİbackend

Ermənistan parlamenti yeni vitse-spiker SEÇDİ

Ermənistan parlamenti yeni vitse-spiker seçib.

KONKRET.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, “Vətəndaş müqaviləsi” partiyasının üzvü Akop Arşakyan vitse-spiker seçilib. Keçmiş yüksək texnologiyalar sənayesi nazirinə gizli səsvermədə 71 deputat səs verib.

Arşakyan ikinci vitse-spikerdir, dünən Ruben Rubinyan da vitse-spiker seçilmişdi. Daha bir vitse-spiker isə müxalifətdən seçilməlidir – “Ermənistan” bloku bu posta İşxan Saqatelyanı namizəd irəli sürüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*