“Ermənistan parlamentində azərbaycanlı deputatlar olacaq” – Paşinyan Əliyevlə sövdələşirbackend

"Ermənistan parlamentində azərbaycanlı deputatlar olacaq" - Paşinyan Əliyevlə sövdələşir

“Baş nazir Nikol Paşinyanın son dövrdəki fəaliyyəti referenduma hazırlıqdır”.

KONKRET.az xəbər verir ki, bunu siyasi ekspert Tiqran Koçaryan deyib.

Onun sözlərinə görə, bu gün referendumun keçirilə biləcəyi iki mövzu müzakirə olunur – Konstitusiyanın dəyişdirilməsi və Aİ-yə daxil olmaq. Lakin baş nazirin mövqeyi onu göstərir ki, indiki mərhələdə söhbət ilk növbədə konstitusiya referendumunun keçirilməsindən gedir. “O, Avropaya inteqrasiya ilə bağlı referendum mövzusuna qarışmaq istəmir. Ən azı Rusiyanın gözündə oxşar təəssürat yaratmağa çalışır. O, Moskvaya göstərmək istəyir ki, o, bu prosesdə yoxdur və hər şeyi parlamentdənkənar “dəcəl” qüvvələr təşkil edir. Ona görə də indiki görüşlər heç bir halda bu proseslə bağlı deyil”, – Koçaryan bildirib.

Ekspert hesab edir ki, hakimiyyət də başa düşür ki, konstitusiya referendumu məsələsində hələ də Tavuşda kəndlərin təslim olması ilə bağlı vəziyyəti həzm edə bilməyiblər. “Tavuşda ərazinin delimitasiyası və demarkasiyası Paşinyanın mövqelərinə çox mənfi təsir edib. Düşünürəm ki, Paşinyanın indi Əliyevlə görüşdən yayınması da bu səbəbdəndir. O, başa düşür ki, hər görüşdən sonra növbəti güzəştə getməlidir, lakin sonuncu görüş çox çətin olduğundan buna hazır deyil”, – ekspert bildirib.

Buna baxmayaraq, o, əmindir ki, məhz bu şərt – Konstitusiyanın dəyişdirilməsi Bakının hazırkı mərhələdə əsas tələbidir. “Əliyev Ermənistanda Nikol Paşinyan kimi liderin hakimiyyətdə olmasından istifadə edərək başladığı işi başa çatdırmağa tələsir. O, Ermənistanda elə bir vəziyyət yaratmaq niyyətindədir ki, hətta gələcək hakimiyyət də heç nəyi dəyişdirə bilməyəcək. Bu kontekstdə ona iki komponentin – Ermənistan Konstitusiyasının dəyişdirilməsinin və azərbaycanlıların bizim torpaqlarda məskunlaşdırılmasının həyata keçirilməsi lazımdır. Konstitusiyanı dəyişdirməklə o, Ermənistanın heç vaxt Qarabağ məsələsini qaldırmayacağına zəmanət alacaq və ölkəmizdə azərbaycanlı icmasını təmin edəcək. Təsəvvür edin, bundan sonra Ermənistan parlamentində azərbaycanlı deputatlar olacaq və onlar Ermənistanın davam edən siyasətinə təsir edəcək.

Çünki beynəlxalq məhkəmələrdə təzminat məsələsi ilə bağlı məqsədinə nail olan Əliyev Paşinyanı qondarma sövdələşməyə dəvət edəcək və təzminatın bağışlanması müqabilində azərbaycanlıların qaytarılmasına nail olacaq”, – deyə Koçaryan bildirib.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*