Ermənistan parlamentində SUAL: Qarabağ Ermənistandır? – ÖLÜM SƏSSİZLİYİbackend

Ermənistan parlamentində SUAL: Qarabağ Ermənistandır? - ÖLÜM SƏSSİZLİYİ

Ermənistan parlamentində deputatlara “Qarabağ Ermənistandır?” sualı verilib, bir nəfərin belə səsi çıxmayıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazır.

Belə ki, Ermənistan parlamentində dünən keçirilən qapalı iclas zamanı deputat Tiqran Abramyan Xarici əlaqələr komissiyasının rəhbəri vəzifəsinə namizəd, baş nazir aparatının sabiq rəhbəri Eduard Ağacanyana üz tutaraq sualla müraciət edib:

“Bir vaxtlar Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyirdi. İndi bu sualla qarşınıza çıxıram. Siz necə düşünürsünüz, “Qarabağ Ermənistandır?” Ümumiyyətlə, hamıya sual verirəm, cavab verin!”

Bu sualdan sonra iclas zalı sükuta qərq olub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*