Ermənistanın 9-cu çağırış Milli Məclisinin birinci sessiyası avqustun 3-də işini davam etdirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Məlumata görə, sessiya avqustun 2-si səhər saatlarında başlayıb və saat 18:00-dək davam edib və ilk iclas zamanı deputatlar parlament sədrinin seçilməsi məsələsini müzakirə etməyə başlayıblar. Qanunverici orqanın spikeri vəzifəsinə irəli sürülən yeganə namizəd hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Ruben Rubinyandır. Məsələnin müzakirəsi deputatların fikir mübadiləsi mərhələsində dayandırılıb və iclasın avqustun 3-ü saat 10:00-da davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, formalaşan yeni parlamentdə hakim “Mülki Müqavilə” partiyası 64 mandata, müxalif “Güclü Ermənistan” bloku 29 mandata, “Ermənistan” bloku isə 12 mandata sahibdir.
