Ermənistan Prezidenti Arayik Arutyunyana yeni VƏZİFƏ VERDİbackend

Ermənistan Prezidenti Arayik Arutyunyana yeni VƏZİFƏ VERDİ

Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrində kadr dəyişikliyi edib.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, general-mayor Arayik Arutyunyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin sədri və Silahlı Qüvvələrin Baş Qərargahının rəis müavini təyin olunub.

Arayik Arutyunyan eyni zamanda 2-ci ordu korpusunun komandiri vəzifəsindən azad edilib. Bununla yanaşı, Vaqram Qriqoryan 2-ci ordu korpusunun komandiri təyin olunub.

A.Sarkisyanın digər bir sərəncamı ilə general-mayor Arakel Martikyan hərbi kəşfiyyatın rəisi vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*