backend

Ermənistan prezidenti istefa verməyə hazırlaşır

Armen Sarkisyan Ermənistan prezidenti postunu tərk etməyə hazırdır.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, Armen Sarkisyan ölkədə islahatları sürətləndirmək üçün Ermənistan prezidenti postunu tərk etməyə hazırdır.

“Ermənistan yeni Konstitusiya qəbul etsə, mən, bir saniyə belə vəzifədə qalmayacam.  Əgər bu, ölkənin inkişafına mane olarsa, mütləq gedəcəm”.- Sarkisyan  “The Spectator world” nəşrinə müsahibəsində deyib.

Azərbaycanın ancaq neft hesabına güclü olduğunu deyən Sarkisyan unudur ki, Azərbaycanın həm də düzgün formalaşmış dövlətçiliyi, nizam-intizaml ordusu, müdrik xalqı və güclü lideri var.

“Ermənistan xilaskarlar axtarmamalı, öz gələcəyinə cavabdeh olmalıdır. Öz gücündən istifadə etməyən xalqı heç bir kənar dəstək dirçəltməz. Azərbaycan neft gəlirlərinə görə daha güclüdür. Gələcəkdə neft dəyərdən düşəndə necə olacaq?”, – Sarkisyan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*