Moskva Ermənistanın Cənubi Qafqaz Dəmir Yolu konsessiyasının Rusiyaya verilməsi ilə bağlı açıqlamalarını Qərb paytaxtlarının şantajı kimi qiymətləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Nazirlik bildirib ki, konsessiyanın kiməsə verilməsi məsələsinin əvvəllər qaldırılmadığını nəzərə alsaq, Ermənistan rəhbərliyinin sadəcə şantaj edildiyi ehtimalı yüksəkdir:
“Onlar nəqliyyat sektorundakı “Rusiya faktoru”nun aradan qaldırılmasını tələb edir və bunun müqabilində iqtisadi cəhətdən çətinliklə nəzərə çarpan layihələrdə çoxmilyon dollarlıq investisiyalar və iştirak vəd edirlər. Bu, Qərb paytaxtlarının Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırmaq məqsədi daşıyan çirkli oyunları ilə tamamilə uyğundur””.
XİN bildirib ki, İrəvanın Rusiya konsessiyasının guya Ermənistanın logistika təşəbbüslərində iştirakına mane olduğu barədə arqumentləri tamamilə yalandır:
“Bu məsələ ilə bağlı bütün aydınlaşdırmalar müxtəlif səviyyələrdə verilib. Lakin Ermənistan tərəfi əks arqumentlər təqdim etməkdə çətinlik çəkir”.
Rəsmi Moskva dəmir yoluna 30 milyard rubldan çox investisiya qoyduğuu xatırladıb.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistan dəmir yollarını idarə etməyə davam edəcəyi təqdirdə ölkənin beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya qabiliyyətini itirəcəyini bildirib və Rusiya tərəfindən güzəşt hüquqlarını üçüncü ölkəyə satmağı xahiş edib.
