“Ermənistan sanksiyalardan yayınaraq alman mallarını Rusiyaya satır” – “Der Spiegel”backend

"Ermənistan sanksiyalardan yayınaraq alman mallarını Rusiyaya satır" - "Der Spiegel"

Ermənistan alman mallarını alıb Rusiyaya satır.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Der Spiegel” qəzeti məqalə dərc edib.

Qəzetin yazdığına görə, Rusiyaya qonşu olan ölkələr getdikcə daha çox alman malları alır və yəqin ki, Qərbin sanksiyalarından yan keçərək, onları Moskvaya satırlar.

Məqalədə, xüsusilə, iki il ərzində Rusiyaya ixracını dörd dəfə artıraraq, təxminən 2,5 milyard dollara çatdıran Ermənistandan bəhs edilir.

Qəzet yazır ki, ənənəvi meyvə, qoz-fındıq, həmçinin “Ararat” şərabı və konyakdan əlavə, son bir ildə Ermənistan bütün növ yüksək texnologiyalı və sənaye mallarını ixrac etməyə başlayıb.

2022-ci ildə Ermənistan rusiyalı müştərilərinə 460 milyon dollar dəyərində elektron avadanlıq tədarük edib. Maşın satışları 14 milyon dollardan 158 milyon dollara yüksəlib.

Dekabrda alman şirkətlərinin erməni biznesindən əldə etdiyi ixrac gəlirləri 2018-2020-ci illərin orta göstəricisindən 287% yüksək olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*