Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya qurğuları aşkar edildi – FOTObackend

Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya qurğuları aşkar edildi - FOTO

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib.

Döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*