“Ermənistan sülh müqaviləsində maraqlı deyil və sülh sazişinə imza atmayacaq” – Bakı nə etməlidir?backend

“Ermənistan sülh müqaviləsində maraqlı deyil və sülh sazişinə imza atmayacaq” – Bakı nə etməlidir?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın, “Dağlıq Qarabağ problemi” həllini tapmadan Azərbaycan ilə sülh sazişini imzalamaq mümkün olmayacaq” açıqlaması səs-küyə səbəb olub. Son zamanlar Ermənistanın tərəfinin prosesi sobataj etmək cəhdləri fonunda belə bir açıqlamanın edilməsi Ermənistanın təxribat planlarından xəbər verir. Təbii ki, “Dağlıq Qarabağ” adlı ərazin vahidi yoxdur,  və Azərbaycan Prezident dəfələrlə çıxışlarında bunu bəyan edib. Belə bir vəziyyətdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağı isə real görünmür.  

Mövzunu KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanla birgə imzaladığı razılaşma demək olar ki, manipulyasiya edilir: “Belə görünür ki, İrəvan bütün razılaşmaları ancaq vaxt qazanmaq üçün imzalayıb. Biz 12-14 sentyabr hadisələrindən sonra da, bu prosesin şahidi olduq. Çünki Ermənistan Brüssel və Vaşinqtondakı danışıqlarda müəyyən razılaşmalara getməsinə baxmayaraq, nəticədə Fransa və Rusiyanın əli ilə Qarabağda status məsələsini yenidən gündəmdə saxlamağa cəhd göstərir. Eləcə də prosesləri sobataj edir. Bu prosesdə xüsusilə Fransa Ermənistana dəstək verir və status məsələsini qabardır. Qriqoryanın “sülh müqaviləsinin imzlanması status məsələsindən asılıdır” deməsi isə İrəvanın sülh prosesindən yayındığını sübuta yetirir. Bütün bunlar onu göstərir ki, Ermənistan sülh müqaviləsində maraqlı deyil və sülh sazişinə imza atmayacaq”.

Məhəmməd Əsədullazadə: "ABŞ Talibana qarşı sanksiyaları genişləndirəcək”

Politoloqun sözlərinə görə, Ermənistan beynəlxalq qüvvələri regiona gətirməyə çalışır: “Xüsusilə də Fransanın Qarabağda humanitar bürosunu açmağa və ora beynəlxalq müşahidəçiləri yerləşdirməyə səy göstərir. Nikol Paşinyan ordumuzun guya Ermənistan ərazisindən çıxmalı olduğuna dair təklif verir, həmçinin Qarabağ ətrafında Azərbaycanın öz qoşunlarını geri çəkməsini istəyir. Yalnız bundan sonra silahlı Erməni birləşmələrinin Qarabağdan çıxarılmasının mümkün olacağını deyir. Üstəlik müşahidəçilərin Qarabağa yerləşməsi məsələsinə çalışır. Paşinyanın bu kimi açıqlamaları onu göstərir ki, Ermənistan özünü məğlub olmayan ölkə kimi təqdim etməyə çalışır. Odur ki, Azərbaycan tərəfi müvafiq addımlar atmalıdır. Rəsmi Bakının bir çox təzyiq vasitələri var. Xüsusən Laçın dəhlizi bağlanmalı, silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara start verilməlidir. Əks halda Fransa və Rusiyanın İrəvanı dəstəkləməsi Ermənistanı sülh prosesindən yayndıracaq. Proseslər də bu istiqamətdə gedir. Yalnız ABŞ-ın Ermənistana ciddi təzyiqi fonunda İrəvanla növbəti ildə sülh bağlana bilər. Ancaq yaxın perspektivdə bunun reallaşacağı gözlənilmir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*