backend

"Ermənistan və erməni xalqına sülh və yalnız sülh lazımdır" - "Vətəndaş müqaviləsi"

Ermənistan və erməni xalqına sülh və yalnız sülh lazımdır.

KONKRET.az xəbər verir ki, bunu martın 2-də parlamentdə keçirilən brifinqdə hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Lilit Minasyan deyib.

“Ermənistana və erməni xalqına sülh lazımdır, sülhdən başqa heç nə. Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar sənəd mübadiləsi ilə yanaşı, onlayn diplomatiya formatına da keçib.

Azərbaycan əvvəllər sülh müqaviləsi ilə bağlı təkliflərini Ermənistana təqdim edib. Sonradan bu təkliflər öyrənildikdən sonra rəsmi İrəvanın irəli sürdüyü təşəbbüslərlə Azərbaycan tərəfinə göndərilib.

Onlayn diplomatiyadan istifadə danışıqlar prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək. Qarabağ erməniləri ilə Bakı arasında beynəlxalq danışıqlar mexanizminin formatına gəlincə, bu, müzakirə olunur”, – deyə Minasyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*