“Ermənistan və Qarabağ ətrafında ciddi təhlükə yaradan qorxulu mühit formalaşır” – Abramyanbackend

"Ermənistan və Qarabağ ətrafında ciddi təhlükə yaradan qorxulu mühit formalaşır" - Abramyan

“Regional eskalasiyaya yeni pəncərə açılır”.

KONKRET.az xəbər verir ki, bu barədə “Şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Azərbaycan mediası dünən 2 xəbər yayıb. Biri “anonim” mənbəyə istinadən Zəngəzura yaxın vaxtlarda hazırlanan hücumdan, digəri isə Rusiyanın nəzarəti altında Ermənistanın Azərbaycan boru kəmərlərinə zərbələr endirməsindən xəbər verib.

Bir neçə həftə əvvəl Azərbaycanın mediasından birinin Ermənistan və İranın Zəngəzur istiqamətində Azərbaycana qarşı təcavüz hazırladığı analitikasını xatırlasaq, vəziyyət daha aydın olar.

Müxtəlif amillərə görə regional eskalasiyanın yeni pəncərəsi açılır və burada əsas problem Ermənistan hakimiyyətinin buna necə qarşı çıxacağıdır.

Sual, əlbəttə ki, daha ritorikdir. Çünki bu hökumət öz siyasəti ilə Ermənistanı münaqişələrə cəlb etmək üçün daha çox resursa malikdir, nəinki qarşıdurmaya.

Ətrafımızda Ermənistan və Qarabağ üçün ciddi təhlükə yaradan kifayət qədər qorxulu mühit formalaşır”, – deyə Abramyan bildirib.

Qeyd edəki ki, adı çəkilən “Rusiyanın nəzarəti altında Ermənistanın Azərbaycan boru kəmərlərinə zərbə” xəbərini Britaniyanın “The Express” nəşri yayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*