Ermənistan Xarici İşlər Nazirliyində yeni təyinat olub.
KONKRET.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, nazir səlahiyyətlərini icra edən Armen Qriqoryanın sərəncamı ilə Vaan Unanyan XİN-nin mətbuat xidmətinin rəhbəri təyin olunub.
Bu təyinata qədər Unanyan keçmiş vitse-premyer Tiqran Avinyanın əvvəlcə mətbuat katibi, daha sonra isə məslətçisi olub.
