Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla görüşüb.
KONKRET.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu gün keçirilən görüş zamanı sülhməramlı missiyanın fəaliyyəti, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.
Muradov Karapetyanı müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Bundan əlavə, həmsöhbətlər sülhməramlı missiya ilə bağlı cari problemləri müzakirə ediblər.
