Ermənistana daha bir zərbəbackend

Ermənistana daha bir zərbə

“Yenidən Canlanan Ermənistan” Partiyasının sədri Vahe Akopyan Zəngəzur mis-molibden fabrikinin artıq 20 milyon dram zərəri olduğunu və iki gün ərzində fəaliyyətini dayandıra biləcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, o belə bir hadisənin iqtisadi nəticələrinin və siyasi səbəblərinin aydın olduğunu və müzakirə ediləcək heç nəyin olmadığını bildirib.

Erməni mətbuatı yaranmış vəziyyəti Paşinyan hökumətinin fəaliyyətsizliyi ilə əlaqələndirib. “Üç il ərzində bu qrup ölkə üçün böyük əhəmiyyətə malik olsa da, siyasi və şəxsi maraqlara cavab verməyən hər şey qapadılıb. Ordundan tutmuş təhlükəsizlik sisteminə qədər hər şeyi yox ediblər. Məğlubiyyət lideridirlər, onların bacarıqsızlığı “Artsax”ın 75 faizini itirməyinizə səbəb oldu, 5 mindən çox itkimiz, minlərlə əlilimiz var”,-deyə qeyd olunub./Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*