“Sərhəddə yaşayan erməniləri xəbərdar edirəm ki, yaxın vaxtlarda onlar 300 min azərbaycanlı ilə birgə yaşamalı olacaqlar”.
KONKRET.az tribunainfo.az-a istinadən xəbər verir ki, bunu jurnalist Voskan Sarkisyan deyib.
Onun sözlərinə görə, Azərbaycanlılar öz dədə-baba torpaqların geri qayıtdıqdan sonra onların mühafizə və təhlükəsizliyini Azərbaycan hüquq-mühafizə orqanları təşkil edəcəklər. “Alen Simonyan artıq bunu açıqlayıb. Azərbaycanın polis və təhlükəsizlik qüvvələri azərbaycanlılarla birlikdə Ermənistana gələcək.Siz onlara nə toxuna biləcəksiz, nə də söz demək imkanınız olacaq”.
