Ermənistanda atışma: 3 nəfər ölüb, 5 yaralı varbackend

Ermənistanda atışma: 3 nəfər ölüb, 5 yaralı var

Oktyabrın 4-də gecə saatlarında Ermənistanı Lor vilayətinin Vanadzor rayonunda silahlı insident baş verib.

KONKRET.AZ-ın “aysor.am” saytına istinadən verdiyi məlumata görə, gecə saat 23.55 radələrində şəhərin Miçurin küçəsində evlərdən birinin zirzəmisində güllə yarasından ölmüş 1989-cu il təvəllüdlü iki gəncin meyiti aşkarlanıb.

Eyni zamanda müxtəlif dərəcəli bədən xəsarəti almış 6 nəfər Vanadzor Şəhər Xəstəxanasına gətirilib. Onlardan biri – 1994-cü il təvəllüdlü gənc xəstəxanaya gətirilərkən yolda ölüb.

Aparılan istintaq çərçivəsində 1979-cu il təvəllüdlü Vanadzor sakini saxlanılıb və o, etiraf xarakterli ifadə verib.

Hadisənin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*