Ermənistanda azərbaycanlı əsgərin döyülməsi faktı ilə bağlı CİNAYƏT İŞİ AÇILDIbackend

Ermənistanda azərbaycanlı əsgərin döyülməsi faktı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

Ermənistanda azərbaycanlı əsgərin döyülməsi faktı ilə bağlı cinayət işi açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan prokurorluğu ölkədə saxlanılan Azərbaycan əsgəri Hüseyn Axundovun üzərində bədən xəsarətlərinin olması ilə bağlı cinayət işi başladıb.

Məlumata görə, aprelin 17-də Milli Təhlükəsizlik Xidmətindən penitensiar müəssisəyə daxil olarkən baxış zamanı Azərbaycan hərbçisinin üzərində bədən xəsarətlərinin aşkar edildiyi barədə arayışlar alınıb.

Arayışlar İstintaq Komitəsinə göndərilib. Aprelin 18-də Ermənistan Cinayət Məcəlləsinin 195-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi (bir qrup şəxs tərəfindən fiziki təsir göstərmə) ilə cinayət işi başlanıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*