Ermənistanda daha bir deputat mandatından İMTİNA ETDİbackend

Ermənistanda daha bir deputat mandatından İMTİNA ETDİ

Artur Kazinyan deputat mandatından imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan müxalifətçi deputat Facebook səhifəsində yazıb.

“Mən deputat mandatından imtina etmək qərarına gəldim. Bunu indiki şəraitdə ən düzgün və əsaslandırılmış qərar hesab edirəm”, – deyə Kazinyan bildirib.

O, hökumətə verdiyi bəyanatlara sadiq qaldığını qeyd edib və müqavimət hərəkatının hələ də istifadə olunmamış böyük potensiala malik olduğuna işarə edib.

“Bu, mövcud olan yeganə platformadır ki, yeni xəyanətlərin və güzəştlərin qarşısını ala bilər”, – deyə o yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*