Ermənistanda əsgər yoldaşını güllələyən hərbçi həbs edildi – YENİLƏNİBbackend

Ermənistanda əsgər yoldaşını güllələyən hərbçi həbs edildi - YENİLƏNİB

Ermənistanda əsgər yoldaşını başından güllələməkdə şübhəli bilinən hərbçi həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Hərbi İstintaq İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxs əsgər yoldaşını 31 dekabr 2021-ci ildə başının sağ qaş nahiyəsindən güllələyib. Movses Tadjosyan xəstəxanaya aparılarkən yolda keçinib.

Şübhəli haqqında Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

10:30

Ermənistanda əsgər güllələnib.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, faktı Ermınistan Müdafiə Nazirliyi təsdiqləyib.

Başından güllə yarası almış sıravi Movses Tadevosyan dekabrın 31-də səhər saatlarında Vayotsdzor bölgəsindəki döyüş postlarının birində tapılıb. Məlumata görə, o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qətli törətməkdə şübhəli bilinən əsgərin həmkarı saxlanılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*