backend

Ermənistanda ətalət hökm sürür - "JOXOVURD" qəzeti

“Ermənistanda ətalət hökm sürür”.

KONKRET.az xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Qəzet daha sonra yazır: “20 İyunda keçirilən erkən parlament seçkiləri keçmişdə qalmasına baxmayaraq, Ermənistanda anarxiya hökm sürür və ölkəni ətalət idarə edir. İndiki halda hökumətdə hər cür məmur var, istefaya gedən şöbələr var və bu vəziyyətdə hökumətin normal işlədiyini söyləmək çətindir.

Üstəlik ölkədəki bu anarxiya mühiti uzun müddətdir hökm sürür. 2020-ci il Ermənistan üçün çətin bir il oldu və 26 sentyabrdan sonra başlayan müharibə ölkəni “ətalətə” saldı və sadəcə bu hökumətin nəzarətindən çıxdı”.

Qəzet seçki kampaniyası zamanı və ondan sonra da səlahiyyətlilərin işləmədiyini, ölkəni başlı-başına buraxdığını qeyd edib.

“Bütün bunlara erkən parlament seçkiləri və seçkiqabağı təşviqat da əlavə edildi və hökumətdə olanlar ancaq təşviqatla məşğul olaraq ölkəni idarə etməyi ümumiyyətlə unutdular.

Buna sübut olaraq, seçki kampaniyası zamanı qubernatorlar da daxil olmaqla, əksər dövlət məmurlarının istirahətdə olmasını, ölkənin problemlərinin unudulmasını göstərmək olar. Bütün bunlar keçmişdə qalmasına baxmayaraq, yeni seçilənlərin işləməyə məcbur olduğu görünsə də, vəziyyət dəyişməyib və ölkə köhnə ənənələrə görə ətalət ilə idarə olunmaqda davam edir ”-deyə qəzet yazıb.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*