Ermənistanda koronavirus xəstələrinin sayı artdıbackend

Ermənistanda koronavirus xəstələrinin sayı artdı

Ermənistanda son sutkada daha 195 nəfərdə COVID-19 aşkarlanıb.

KONKRET.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 345 713-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 7 999-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 512 nəfərdir. İndiyədək 332 753 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 3 449 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, ötən gün ölkədə 129 yoluxma faktı qeydə alınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*